Ölü Xatirəler



Bəzən insan bir yerlərdən sürətlə sürüşüb getmək istər. O yerə bir saniyə belə gözünün sataşmasını istəməz. Oranın pis qoxusu, zibil kimi görüntüsü adamı huzursuz edər.
Çoğumuz belə bir təcrübəni yəqin ki yaşamışıq.

Bəzi xatirələr də elə bu çeşid yerlərə bənzərlər. İnsan ömrünün 10-15 ilini, bir yerlərdə veya birileriylə keçirməsinə rəğmən, ordan və o adamdan heç bir görüntü ağlına gəlməz vəya inadla ağlına gətirməyi istəməz.
O dönəmin pis qoxusunu və pis xatirələrini belə düşünmək istəməz.

İnsan özünü nə qədər də qandırırsa qandırsın və öz-özünə desin ki “yox, o dövrü yaşamaq mənə təcrübə qazandırdı, nə bilim, indi ki duruma çatmaq üçün o dönəmi yaşamalıydım” genə də o illər, insanın boşuna yaxıb yandırdığı ömürdən sayılar, həm də insanın tam o güclü günləri və ömrün o parlaq dönəmi.

Adamin biri evlənər, bir neçə ay sonra dostu ondan soruşar, hə! təriflə görək necədi?deyər: dostum ağzımdan söz almaya çalışma, mən xoşbəxtəm.

Çox vaxt yaşayıb sonra xətalı olduğumuzu anlayırıq. Kəl olub da sonra daraq tapırıq

Yorum bırakın