Mənə nə

Bu gedişatla bu xalq, aqibətin bilməyəcəkdir
gələn il, ac qalacaq onda bəs hardan yeyəcəkdir?

ağaca dırmaşcaq serçələri ovlayacaqdır
o da qurtulsa gedib kərdidə qurd quş güdəcəkdir

əyilib min deməyə, düşkün olan bir belə millət
belinə qaldıracaq hər gələni gəzdirəcəkdir

Vəli də ensə bizim, millətimiz heç dözə bilməz
Əliyə boynun əyib gəl, mən ölüm min deyəcəkdir

Şah enib Molla qoyubdur belinə köhnə palanın
o da getsə yerinə, Şah bala oğlan gələcəkdir

göy çəmənlər yanacaq, gölləri də çöl olacaqdır
“mənə nə” hamı deyib millətimiz dinməyəcəkdir

işlər işdən keçəcək, eşşək acından öləcəkdir
sonra şair yazacaq eşşəyə fəryad edəcəkdir

şairi dinleməyib eşşeyə yas tutmayacaqdır
millət asla yuxusundan da heç əl çəkməyəcəkdir

xalanın xatırinə, xala-qızısı hörmətinə
yorqanı qövzamadan, fəqət bir ax vay deyəcəkdir

yatalaq xalqımızın, taleyi çoxdan qanayıbdır
quruyan göldən əsən yel, yaraya düz səpəcəkdir

qurbanam xalq-ı şərifə yuxuda, qarpız əkibdir
yuxudan dursa əyər, tarlada kəssək biçəcəkdir

bura əllamələrin yurdudu qardaş xəbərin yox
bacadan boldu bu xalq, hər bacaya girməyəcəkdir

fışqırır hər bacasından quru bilgi dolu söhbət
çox bilən millətimiz hikmətə pambıq təpəcəkdir

özü bir tanrı, sözü vəhy kimi, xətm-i kəlamdır
yeri gəlsə oturub tanrıya da dərs verəcəkdir

Yorum bırakın